25 Mart 2019, Bazar ertəsi - 03:44

2013-cü il mövsümündə təqvimin ilkin versiyası

2013-cü il mövsümündə təqvimin ilkin versiyası

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:27 - 10 Dekabr, 2012

Bu həftə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası gələn mövsümün təqvimində növbəti dəyişiklikləri etdi, amma yeni versiya da hələ son deyil. […]

Bu həftə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası gələn mövsümün təqvimində növbəti dəyişiklikləri etdi, amma yeni versiya da hələ son deyil.

Nürburqrinq və Valensiyanın ciddi maliyyə problemləri ortaya çıxıb, amma Berni Ekklstoun təqvimdə rekord sayda Qran Prini saxlamaq istəyir, ona görə də gələn il bizi yenə də 20 mərhələ gözləyir.

Almaniya Qran Prisi üçün tras sahibləri tərəfindən təsdiq gözlənilir, 21 iyul tarixini isə Türkiyə və ya Fransa tuta bilər.

2013-cü ildə bizi Malayziya və Çin, Bəhreyn və İspaniya arsında üçhəftəlik fasilə gözləyir. Böyük yay fasiləsi Macarıstan və Belçika yarışları arasında olacaq. Beş cütlənmiş yarış təqvimdə yer alıb. İyul, Oktyabr və Noyabr aylarında üç yarış planlaşdırılıb.

Avstraliya Qran Prisi – 17 mart
Malayziya Qran Prisi – 24 mart
Çin Qran Prisi – 14 aprel
Bəhreyn Qran Prisi – 21 aprel
İspaniya Qran Prisi – 12 may
Monako Qran Prisi – 26 may
Kanada Qran Prisi – 9 iyun
B.Britaniya Qran Prisi – 23 iyun
Almaniy Qran Prisi – 7 iyul
(Hələ bilinmir) – 21 iyul
Macarıstan Qran Prisi – 28 iyul
Belçika Qran Prisi – 25 avqust
İtaliya Qran Prisi – 8 sentyabr
Sinqapur Qran Prisi – 22 sentyabr
Koreya Qran Prisi – 6 oktyabr
Yaponiya Qran Prisi – 13 oktyabr
Hidnistan Qran Prisi – 27 oktyabr
Abu Dabi Qran Prisi – 3 noyabr
ABŞ Qran Prisi – 17 noyabr
Braziliya Qran Prisi – 24 noyabr


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər ,
Paylaş

logo