F1 2026-cı ilə qədər Bakıda!

Azərbaycan Qran Prisi günlərində gözlənilən xəbər gəlib - çempionatla müqavilə daha iki illik udazılıb.

F-1.az xəbər verir ki, yeni müqaviləyə əsasən, Bakı Şəhər Halqası 2026-cı il də daxil olmaqla, yarışa ev sahibliyi edəcək.

Stefano Domenikali: “Bakıdakı şəhər trası Formula1 tədbirləri üçün çox məşhur məkana çevrilib. Bu, həmişə dramatik hadisələri nümayiş etdirən və son zamanların ən maraqlı yarışlarına ev sahibliyi edən inanılmaz yarış trasıdır. Biz Azərbaycanla əlaqələri genişləndirməkdən şadıq və birgə inkişafın davamını gözləyirik”.

Xatırladaq ki, Bakı küçələri Formula1-i 2016-cı ildən qəbul edir. İlk yarış Avropa Qran Prisi adlansa da, 2017-ci ildən etibarən Azərbaycan Qran Prisi adı altında keçirilir.

Yalnız bir dəfə – 2020-ci ildə koronavirus pandemiyasına görə yarış baş tutmayıb və müqavilə avtomatik olaraq bir il uzanıb.

Qeyd edək ki, sabah Bakıda sayca 7-ci F1 yarışı baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*