Komandalar ilk testlərdə real rənglərindən istifadə etməyəcəklər?

Britaniya mətbuatının verdiyi xəbərə görə Formula1 rəhbərliyi ilk qış testlərində komandaların əsl rəng çalarları ilə çıxış etməsini istəmir.

F-1.az xatırladır ki, komandalar bolidlərini növbəti bir ay ərzində təqdim edəcək. İndiyə kimi 4 komanda təqidimat tarixini açıqlayıb.

Dünən xəbər verdiyimiz kimi Ferrari yeni rəng çalarını Bəhreyndəki qış testlərindən əvvəl göstərməyəcək. Ferrari SF21-də istifadə etdiyi rənglə təqdim olunacaq və Barselonada da bu rənglə çıxış edəcək.

Lakin belə görünür ki, Barselonadakı qış testlərində müvəqqəti rəng çalarından təkcə Ferrari istifadə etməyəcək. Bunun də səbəbi Formula1 rəhbərliyinin ilk testlərdə komandaların real rəng çalarından istifadə etməsini istəməməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*