Bakı Şəhər Halqası barədə – Daniel Rikkardo: “Bakıya qayıtmaq üçün səbirsizlənirəm”

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Red Bull komandasının sürücüsü Daniel Rikkardonun fikirlərini təqdim edir.

Daniel Rikkardo: “Mən bu il şəhərlə daha yaxşı tanış olmağa çalışacam. Bizim otelimiz çox rahatdır. Faktiki olaraq, trasın kənarında yerləşir. Bu bizi qane edir, amma demək olar ki, başqa heç bir yerə çıxmırıq. Eyvandan şəhərin və bu unikal trasın möhtəşəm mənzərəsi görünür.

Tras çox maraqlıdır və buna görə də Bakıya qayıtmaq üçün səbirsizlənirəm. Şəhər trasları mənim xoşuma gəlir, amma onlar bizim maşınımıza çox da uyğun deyillər. Lakin hər şey baş verə bilər. Tras çox çətindir və bir çox döngələri başqa traslardakılarla oxşar deyil. Olduqca uzun bir düzlük var və bu çox yaxşıdır. Bəzi çətin döngələr var ki, orada çox diqqəli olmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*