10 Dekabr 2018, Bazar ertəsi - 08:53

B.Ekklstoun: “Yeni format əsl axmaqlıqdır”

B.Ekklstoun: “Yeni format əsl axmaqlıqdır”

Müəllif: Rauf Hacıyev, redaktor

23:39 - 19 Mart, 2016

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, yeni sıralanma turu formatı əsl axmaqlıqdır…

F-1.az xatırladır ki, komanda rəhbərləri və Berni Ekklstoun sıralanma turlarını maraqlı etmək üçün bəzi yeniliklər barədə fikirləşiblər və yeni sıralanma turu formatına qərar veriblər.

Amma bugünkü sıralanma turundan sonra hamı yeni sistemi pisləməyə başladı. Berni Ekklstoun da yeni sistemi bəyənməyənlər arasındadır: “Sıralanma turuna baxdım, amma əvvəlcə onu deməliyəm ki, ilk gündən bu formatı bəyənmirdim. Qətiliklə deyə bilərəm ki, axmaq qaydadır, amma bu qaydanı dəyişdirənə qədər bu formatda davam etməliyik.

Biz istəyirdik ki, sıralanmanı bir az qarışdıraq, amma heç nə qarışmadı. Sürətli sürücülər yenə də öndədirlər. Bu qayda işləmədi.

Əgər əvvəlki sistemə qayıtsaq, Mercedes AMG yenə də ilk iki yeri tutacaq və yarışlar barədə artıq danışmaq istəmirəm.

Sən və mən hər şeyimizi satıb, Həmiltonun qələbəsinə pul qoya bilərdik, amma fanlar bunu istəmirlər. Əgər bir fan olsanız, yarışa getsəniz, siz Həmiltonun çətinliklə qalib gəlməsini, Ferrari-nin sürətini və ya başqasının qələbəsi barədə danışmaq istərdiniz, amma bunları edə bilmirik. Bütün problem burdadır”.

Ekklstoun öz düşüncələrini də jurnalistlərlə paylaşıb: “Mənim fikrim çox bəsit idi. Sıralanma dövrələrinə əl vurmaq lazım deyildi.

Bu sistem 60 ildir ki, axarında gedirdi və poul uğrunda mübarizə maraqlı olurdu.

Mən istəyirdim ki, son yarışda qalib gələn sürücünün nəticəsinin üstünə bir neçə saniyə əlavə edim. Belə olan halda, o sürücü yarışa altıncı və ya yeddinci yerdən başlayacaqdı. Beləliklə sıralanma qarışacaqdı və yarışın əvvəli bir az maraqlı keçəcəkdi.

Poul qazanan sürücü hələ də qələbəyə ən yaxın sürücüdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 378
Teqlər , ,
Paylaş

logo