Mariya Tereza de Filippis vəfat edib

89 yaşında vəfat edən və milliyətcə italyan olan Mariya Tereza Formula1-də yarışa çıxmış ilk qadın sürücü idi...

F-1.az xəbər verir ki, Mariya Tereza 11 noyabr 1926-cı ildə anadan olub. 1950-ci illərdə Maserati və OSCA bolidləri ilə milli yarışlarda yaxşı nəticələr göstərib. 1958-ci ildə Maserati-dəki komanda yoldaşı Luici Mussonun məsləhəti ilə Sirakuzada keçirilən və Formula1 təqviminə daxil olmayan yarışda 5-ci yeri tutub. Həmin il Formula1 təqvimində olan Monako, Belçika, Portuqaliya və İtaliya Qran Prilərinə qoşulan Mariya Tereza, Monakoda yarışın startına çıxa bilməsə də, digər 3 yarışda start alıb. Belçikada 10-cu yeri tutub ki, bu da onun qısa Formula1 karyerasında ən yaxşı nəticəsi olub. Portuqaliya Qran Prisini 6-cı dövrədə yaşadığı mühərrik problemi üzündən tamamlaya bilməyib. Növbəti yarış olan İtaliya Qran Prisində də 57-ci dövrədə eyni problemlə üzləşib və yarışı yarımçıq qoymalı olub.

Formula1 karyerasında qatıldığı son yarış isə 1959-cu ildə keçirilən Monako Qran Prisi olub. Bir il əvvəl olduğu kimi yenə də sıralanma turunu keçə bilməyib və yarışda start almayıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*