Gələn mövsüm martın əvvəlləri başlayacaq

FİA uzun müddətdir ki, 2023-cü ildə yarışlar arasında uçuş məsafələrini azaltmaq üzərində çalışır. Bu barədə ictimaiyyətə hələ məlumat verilməsə də, mətbuata bəzi xəbərlər sızıb.

F-1.az Niderlandın De Limburger nəşrinə istinadən bildirir ki, gələn mövsüm Bəhreyn Qran Prisi ilə başlayacaq və bu yarış martın 5-də baş tutacaq. Yəni, gələn mövsüm builki ilə müqayisədə 2 həftə tez başlayacaq. Bundan bir qədər əvvəl isə Saxirdə 3 günlük mövsümöncəsi testlər keçiriləcək.

Çempionatın növbəti mərhələləri 2 həftə sonra S.Ərəbistanında, ondan da bir həftə sonra isə Melburnda olacaq. Təqvim Çin Qran Prisi baş tutarsa, 24 yarışdan ibarət olacaq. Şanxaydakı yarışın taleyi yerli hakimiyyətin koronavirusla bağlı məhdudiyyətləri aradan qaldırıb-qaldırmayacağından asılıdır.

Nəşrin məlumatına görə, Fransa və Belçika yarışları olmayacaq. Amma Cənubi Afrika Qran Prisinin keçirilməsi baş tutmazsa, Spada gələn il də yarış görə bilərik. Monako Qran Prisinin isə təqvimdə qalacağı, tərəflərin bu barədə ilkin razılığa gəldikləri iddia edilir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*