Formula1-in İPO-su oktyabr ayına planlaşdırılıb

Formula1-in İPO-su (İnitial Public Offerin – səhmlərin ilkin satışı) 2012-ci ilin iyun ayına planlaşdırılmışdı, amma sonra təxirə salındı. Keçən ilin […]

Formula1-in İPO-su (İnitial Public Offerin – səhmlərin ilkin satışı) 2012-ci ilin iyun ayına planlaşdırılmışdı, amma sonra təxirə salındı. Keçən ilin noyabrında Berni Ekklstoun demişdi ki, çempionatın səhmlərinin birjada yerləşdirilməsi 2014-cü ildən tez baş tutmayacaq, amma Britaniyanın The Telegraph qəzetinin məlumatına görə, İPO bu ilin oktyabr ayında reallaşacaq.

Qəzet öz mənbələrinə istinadən xəbər verir ki, CVC Capital Partners sərmayə fondu ümid edir ki, oktyabr ayına qədər Avropa iqtisadiyyatı böhrandan tam çıxacaq və Berni Ekklstounun Gerhard Qribkovski ilə bağlı rüşvət qalmaqalı həll olunacaq.

The Telegraph naməlum mənbənin adından yazır: “Biz İPO-nu oktyabr ayında keçirməyi planlaşdırırıq. Əgər Almaniyadakı vəziyyət aydınlaşarsa, onda səhmlərin yerləşdirilməsi problemsiz ötüşməlidir. Bizim səhmlər sərmayədarların marağındadır və hələ indidən çox baha qiymətə dəyərləndirilir.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*