B.Ekklstoun Prostu seçib

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Alen Prost Formula1 tarixinin ən güclü sürücüsüdür.

F-1.az xatırladır ki, 87 yaşlı Ekklstoun karyerası ərzində Fanxio və Askari kimi sürücülər də daxil olmaqla bütün sürücüləri izləyə bilib.

Berni Ekklstoun: “Məncə, bütün dövrlərin ən güclü pilotu Alen Prostdur. Əgər bir az bəxti gətirsəydi, indi 6 çempionluğu var idi. O, doğrudan da sürətli idi və bunu karyerası ərzində nümayiş etdirdi. Sadəcə bəzən bəxti gətirmədi. Yoxsa indi fərqli mövqedə olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*