B.Ekklstoun: “Hər şey başa çatıb – Həmilton artıq çempiondur!”

Bu günlərdə Berni Ekklstoun İsveçrəyə baş çəkib və Schweizerische Management Gesellschaft şirkətinin təşkil etdiyi forumda ölkənin işgüzar insanları qarşısında çıxış edib.

F-1.az yerli mediaya istinadən xəbər verir ki, forumda F1-in keçmiş başçısına cari mövsüm barədə suallar da ünvanlanıb…

Berni Ekklstoun: “Əslində, mövsüm artıq başa çatıb – Həmilton artıq dünya çempionudur!

Bəli, bunun əsas səbəblərindən biri də Ferrari-nin səhvləridir: Montsa və Sinqapurda onlar pit-stop üçün düzgün zaman seçmədilər, bu iki yarışda Fettel də səhvlərə yol verdi. Şumaxerin zamanında belə hadisələr baş verə bilməzdi…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*