B.Ekklstoun: “Alonso Mercedes-ə keçə bilər”

Formula1-in rəhbəri Niko Rosberqin ayrılıq qərarına təəccübləndiyini, onun yerinə keçməyə ən real namizədin Fernando Alonso olduğunu bildirib.

F-1.az xatırladır ki, Niko Rosberq bu gün heç kimin gözləmədiyi halda karyerasını bitirdiyini açıqlayıb. Bu açıqlamadan sonra ən çox danışılan mövzulardan biri də, Nikonun yerinə hansı sürücünün keçəcəyidir. Namizədlər çoxdur və fərqli fikirlər səsləndirilir. Berni Ekklstoun da öz fikrini bildirib.

Berni Ekklstoun: “Sizin kimi, mənim üçün də böyük şok oldu. Dünən axşam Toto Volff ilə yemək yeyirdik, amma bu barədə heç bir şey demədi. Pulunu xərcləmək üçün daha çox vaxtı olacaq.

Alonsonun onun yerinə keçməsi mümkündür. Gözləyək, görək. McLaren rəhbərliyi dəyişilib. Bəlkə də Alonso orda olmaqdan, ordakılar da Alonsodan beziblər. Red Bull Ferstappeni əldən buraxmaz. Fettelin də keçəcəyini düşünmürəm – Lyuis onu istəməz…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*