D.Rikkiardo: “Əbu Dəbi şərqin Monakosudur”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Əbu Dabidə həmişə gözəl abu-hava olur.

F-1.az xatırladır ki Daniel Rikkardo sürücülər çempionatında 3-cü yeri özünə təmin edib. Amma avstraliyalı sürücü Yas Marina trasında hələ də podiuma yüksəlməyib. Onun burada ən yaxşı nəticəsi 2014-cü ildə qazandığı 4-cülük olub.

Rikkardo bildirib ki, trasın son sektoru ona həzz verir: “Əbu Dabidəki yarışa həmişə həzz alaraq gəlmişəm. Bu tras çox əyləncəlidir və son sektordakı otelin altından keçdiyimiz hissəni çox sevirəm. Trasın bəzi yerləri şəhər tipli trasları xatırlatdığı üçün buradakı yarış ikiqat həzz verir. İlk Formula1 testimə burada çıxmışam və buna görə də Əbu Dabi mənim üçün xüsusidir. Bu yarış sonuncu olduğu üçün dostlarımla görüşüb vaxt keçirdirəm. Əbu Dabi mənim üçün şərqin Monakosudur. Burada həmişə məşhur adamlar olur və onlarla tanış olub, vaxt keçirməyi çox sevirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*