O.Safnauer: Okon Müdafiə Naziridir

Alpine komandasının rəhbəri Otmar Safnauer bildirib ki, Esteban Okona artıq müdafiə naziri ləqəbi qoyulmalıdır.

F-1.az xatırladır ki, fransalı sürücü Əbu Dabi yarışında Fettelə qarşı aqressiv müdafiə ilə yadda qalıb.

Otmar Safnauer: “Esteban çoxlu unudulmaz yarışlar keçirdi. Mənim üçün Suzuka performansı çox başqadır. İnanılmaz idi. Lyuis yağışlı havalarda güclü olur və arxanızdadırsa, təzyiq altında saxlayır. O yarışda sürətli idi, amma Esteban onu buraxmadı. Əla performans idi.

Əbi Dabidə də əla işlədi. Fetteli arxasında saxladı. Çekonun ləqəbi Müdafiə Naziridir. Bu ləqəbin sahibi dəyişməlidir. Fransada Müdafiə Naziri necə deyilir? Öyrənək və Okona bu ləqəbi qoyaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*