20 Avqust 2019, Çərşənbə axşamı - 12:13

D.Rikkardo: “Ferstappenin tərəfi saxlanılmır”

D.Rikkardo: “Ferstappenin tərəfi saxlanılmır”

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 22 Oktyabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komandası Maks Ferstappenin tərəfini saxlamır.

F-1.az xatırladır ki, Red Bull komandası gözlənilmədən Ferstappenlə müqavilənin 2020-ci ilə qədər uzadıldığını bildirmişdi.

Daniel Rikkardo: “İndiyə kimi kiminsə tərəfinin tutulduğunu görmədim və ya hiss etmədim. Gələcəyə dair proqnoz verə bilmərəm. Belə şey olsaydı, xəbəriniz olardı, çünki məyusluğumu bildirərdim. Bunu gizlətmərəm.

Bəzi rekordları qırır və Red Bull markası onun daha çox uğur qazanmasını istəyəcək. Bu yaxşı haldır və markanın imicini qaldıracaq. Marketinq cəhətdən bunu anlayıram. Amma qapalı qapılar arxasında hamı bərabərdir. İndiyə kimi ədalətli davranıblar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 108
Teqlər , ,
Paylaş

logo