D.Rikkardo: “Bəhreyn aldadıcıdır”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Bəhreyn Qran Prisində məşqlər aldadıcıdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ilk yarışda 4-cü yeri tutaraq mövsümə qənaətbəxş başlanğıc etmişdi.

Daniel Rikkardo: “Aldadıcı tədbirdir. Sərbəst yürüşlər isti havada olur. Əsas sessiyalar və yarış isə axşam hava soyuyanda olur. Tras soyuduğu üçün sazlanmalar tapmaqda çətinlik çəkirik. Sürətlisinizsə, bolidə toxunmaq istəməzsiniz. Amma Bəhreyndə belə deyil. Orada həmişə güclü olmuşam və yenə yaxşı nəticə istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*