Avstriya-2021: Birinci sərbəst yürüşlər

Red Bull Rinq trası ardıcıl iki həftədir ki, yarışa ev sahibliyi edir. Komandaların sazlanmalar və təkərlər barədə kifayət qədər məlumatları var, ona görə də, birdən-birə 3 komanda gənc sürücülərin köməyindən istifadə edib.

F-1.az bildirir ki, Alpine-da Alonsonun maşını Quan Yu Çouya, Williams-da Rassellin maşını Roy Nissaniyə həvalə edilib, Alfa Romeo isə Rəykkönenə istirahət verərək Kallum Aylottu sükan arxasına keçirib.

Pirelli hər bir sürücüyə test üçün yeni arxa təkərlərdən iki dəst verib. Əgər bu təkərlər səmərəli olsa, Silverstoundan etibarən onlara keçid planlaşdırılır. Sürücülər ilk sessiyada bu təkərlərlə aktiv işləyiblər.

Yağış yağmayıb, lakin sürücülər küləkdən şikayətləniblər. Sayns birinci, Tsunoda dördüncü, Sayns isə altıncı və sonuncu döngələrdə asfaltdan çıxıb. Mazepin sürətli dövrəsində olan Həmiltol və Rəykkönenə mane olub. Son iki döngədə trasdan tam çıxmaya görə 18 nəticə ləğv edilib.

Protokollara 1:05.143-lük nəticə ilə Maks Ferstappen başçılıq edib. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:05.143 37
2 16 Şarl Lekler Ferrari 1:05.409 + 0:00.266 33
3 55 Karlos Sayns Ferrari 1:05.431 + 0:00.288 33
4 77 Valtteri Bottas Mercedes AMG 1:05.445 + 0:00.302 31
5 22 Yuki Tsunoda AlphaTauri 1:05.474 + 0:00.331 35
6 7 Kimi Rəykkönen Alfa Romeo 1:05.586 + 0:00.443 28
7 44 Lyuis Həmilton Mercedes AMG 1:05.709 + 0:00.566 31
8 11 Serxio Peres Red Bull 1:05.726 + 0:00.583 31
9 10 Pyer Qasli AlphaTauri 1:05.726 + 0:00.583 36
10 4 Lando Norris McLaren 1:05.880 + 0:00.737 28
11 31 Esteban Okon Alpine 1:05.980 + 0:00.837 30
12 3 Daniel Rikkardo McLaren 1:06.181 + 0:01.038 31
13 18 Ləns Stroll Aston Martin 1:06.203 + 0:01.060 29
14 Quan yu Çou Alpine 1:06.414 + 0:01.271 29
15 5 Sebastyan Fettel Aston Martin 1:06.444 + 0:01.301 28
16 Kallum Aylott Alfa Romeo 1:06.564 + 0:01.421 23
17 47 Mik Şumaxer Haas 1:06.583 + 0:01.440 29
18 Roy Nissani Williams 1:06.683 + 0:01.540 33
19 6 Nikolas Latifi Williams 1:06.978 + 0:01.835 36
20 9 Nikita Mazepin Haas 1:07.316 + 0:02.173 30
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*