M.Ferstappen yanında Fetteli istəmir

Red Bull komandasının sürücüsü Maks Ferstappen dördqat Dünya Çempionu Sebastyan Fettellə komanda yoldaşı olmaq istəmir.

F-1.az Almaniya mətbuatına istinadən bildirir ki, Red Bull şirkətinin rəhbəri Diter Mateşiç sabiq sürücüsü Sebastyan Fetteli komandasında görmək istəyir.

Maks Ferstappen: “Bazar ertəsi bir televiziya verilişində Sebastyanla yan-yana oturmuşduq. Mənə bu barədə sual verdilər və mən mədəni formada cavab verdim. Lakin hazırda komanda məndən də, Elbondan da razıdır. Mən də Aleksdən komanda yoldaşı kimi razıyam. O, çox yaxşı oğlandır. Eyni zamanda çox sürətlidir. Buna görə də dəyişiklikçün bir səbəb yoxdur. Ancaq bu qərarlar məndən asılı deyil. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*