M.Ferstappen: Ön tərəf sürüşdü

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, son cəhdində bolidin ön tərəfi sürüşdüyü üçün poulu əldən verib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sabah Eyfel yarışına üçüncü yerdən başlayacaq. Gənc pilot ilk cəhdlərdən sonra poul almağa yaxın olsa da, ikinci cəhdlərdə bu üstünlüyünü əldən verib.

Maks Ferstappen:
“Maraqlı sıralanma turu idi. Heç kim dünənki sərbəst yürüşlərə çıxa bilmədiyi üçün gərgin gün oldu.

Son sessiya yaxşı keçdi. Amma sürətlənmək istəyəndə bolidin ön tərəfi sürüşməyə başladı. Hava soyuq olanda və bolidin ön tərəfi sürüşəndə ön təkərlər yeyilir. Buna görə vaxt itirdim. Lakin Mercedes-ə çox yaxınlaşmışıq. Buna görə də poulu itirdiyim üçün məyusam. Yaxşı nəticə gözləyirdim. Ancaq xoşbəxtəm.

Bolidin ön tərəfinin sürüşməsindən xoşum gəlmir. Havanın soyuq olması əleyhimizə idi. Sessiya başlayanda hər şey yaxşı idi, amma somra pisləşdi.

Bolidin ön tərəfi sürüşəndə sürətinizi döngələrdə göstərə bilmirsiniz və vaxt itirirsiniz. Ancaq Mercedes-ə yaxın olduğumuz üçün sevincliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*