A.Elbon: İlk dövrədəki təmas yarışımı məhv etdi

Red Bull komandasının sürücüsü Aleksander Elbon bildirib ki, 15-ci yer komandanın tempini əks etdirmir.

F-1.az xatırladır ki, taylandlı sürücü yarışın startında Qasli ilə təmas yaşadıqdan sonra geriyə düşüb və stüardlar ona 5 saniyə cəzası veriblər. Nəticədə gənc sürücü İtaliyada sondan ikinci yerdə finiş görüb.

Aleksander Elbon: “İlk dövrədə Qasli ilə təmasda nə oldu bilmirəm, amma maşın zədələndi. Yarışda asfaltla ilişmə yox idi. Yarışdan həzz almadım və komandadan nə baş verdiyi barədə məlumat alacam. 15-ci yer komandanın tempini göstərmir. Komanda olaraq çətin həftəsonu keçirdik. Bilirdik ki, çətin olacaq, amma bu qədər də yox. Bizim üçün yaxşı gün olmasa da, AlphaTauri üçün gözəl oldu. Onları təbrik edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*