Red Bull yeni bolidini fevralın 12-də trasa çıxaracaq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 2020-ci il bolidlərini ilk dəfə fevralın 12-də trasa çıxaracaqlar.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2020-ci il bolidlərini fevralın 12-də təqdim edəcəklərini açıqlamışdılar.

Helmut Marko: “Yeni bolidi fevralın 12-də ilk dəfə Silverstounda trasa çıxarmağı planlaşdırırıq. Amma motor o zamana qədərə test dəzgahında olacaq. Hazırlıqlar çox yaxşı gedir. Əvvəlki illərə nisbətən proqramı qabaqlamışıq. Tezliklə mühərriki işə salacağıq. Həmişə mövsümün əvvəlində zəif olurduq, ancaq bu il belə olmayacaq”.