Red Bull yeni bolidini fevralın 12-də təqdim edəcək?

Red Bull-a yaxın olan mənbələrin verdiyi xəbərə əsasən Avstriya komandası yeni bolidini fevralın 12-də təqdim edəcək.

F-1.az xatırladır ki, indiyə qədər ancaq Ferrari və Alpha Tauri 2020-ci il bolidinin təqdimat tarixini açıqlamışdı. Fevralın 11-i Ferrari, 14-ü isə Alpha Tauri yeni bolidini təqdim edəcəklər. Red Bull isə yeni maşınını fevralın 12-də təqdim edəcək.

Qeyd edək ki, Red Bull komandası bu barədə heç bir rəsmi xəbər yaymayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*