H.Marko: “Rikkardo getməməlidir”

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniel Rikkardo 2019-cu ildə Ferrari və ya Mercedes-ə getməməlidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün “qırmızı öküzlər”lə müqaviləsi ilin sonunda bitəcək. Amma Rikkardo yeni müqavilə üçün tələsmir və Ferrari ilə Mercedes alternativlərini dəyərləndirir.

Helmut Marko: “Bizim üçün heç nə dəyişmir. Onu komandada saxlamaq istəyirik və Daniel də bunu bilir. Niyə Ferrari və ya Mercedes-ə getsin? İkinci pilot olmaq üçün? Bizim komandada sürücülərə bərabər yarış şəraiti verilir. Burada komanda əmri də yoxdur. Məncə, o, bunları bilir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*