Fransa-2021: İkinci sərbəst yürüşlər

Bu dəfə komandalar hər 3 tərkibin səmərəliliyini dəyərləndiriblər. Asfaltın üzərini rezin qatı örtdükcə vəziyyəti yaxşılaşıb, trasdan çıxmalar və yerində fırlanmalar azalıb, lakin səhvsiz ötüşməyib.

F-1.az bildirir ki, Mazepin yerində fırlanıb, Sayns,Şumaxer, Ferstappen və Həmilton trasdan çıxıblar, lakin hamısı yoluna davam edə bilib. Komandalar hündür porebriklərin maşınları zədələməsindən şikayət ediblər. FİA daha az aqressiv olmaları barədə çağırış edib. Ferstappenin maşınının ön qanadı da porebriklərə görə zədə alıb.

Buna baxmayaraq, Maks Ferstappen ikinci məşqlərin və günün ən sürətli sürücüsü olub – 1:32.872. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:32.872 21
2 77 Valtteri Bottas Mercedes AMG 1:32.880 + 0:00.008 27
3 44 Lyuis Həmilton Mercedes AMG 1:33.125 + 0:00.253 23
4 14 Fernando Alonso Alpine 1:33.340 + 0:00.468 25
5 16 Şarl Lekler Ferrari 1:33.550 + 0:00.678 23
6 31 Esteban Okon Alpine 1:33.685 + 0:00.813 23
7 10 Pyer Qasli AlphaTauri 1:33.696 + 0:00.824 25
8 55 Karlos Sayns Ferrari 1:33.698 + 0:00.826 24
9 7 Kimi Rəykkönen Alfa Romeo 1:33.786 + 0:00.914 26
10 4 Lando Norris McLaren 1:33.822 + 0:00.950 24
11 99 Antonio Covinatsi Alfa Romeo 1:33.831 + 0:00.959 23
12 11 Serxio Peres Red Bull 1:33.921 + 0:01.049 24
13 22 Yuki Tsunoda AlphaTauri 1:33.955 + 0:01.083 25
14 3 Daniel Rikkardo McLaren 1:34.079 + 0:01.207 24
15 5 Sebastyan Fettel Aston Martin 1:34.447 + 0:01.575 25
16 18 Ləns Stroll Aston Martin 1:34.632 + 0:01.760 24
17 63 Corc Rassell Williams 1:35.266 + 0:02.394 25
18 6 Nikolas Latifi Williams 1:35.331 + 0:02.459 25
19 47 Mik Şumaxer Haas 1:35.512 + 0:02.640 24
20 9 Nikita Mazepin Haas 1:35.551 + 0:02.679 23
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*