12 Dekabr 2019, Cümə axşamı - 09:43

M.Ferstappen: “Qırmızıdansa, gümüşü rəngi seçərəm”

M.Ferstappen: “Qırmızıdansa, gümüşü rəngi seçərəm”

Müəllif: Rauf Hacıyev, redaktor

16:42 - 27 Noyabr, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, qırmızı rəngdənsə gümüşü rəngi üstün tutur.

F-1.az xatırladır ki, hollandiyalı sürücünün komandası Red Bull-la müqaviləsi gələn ilin sonunda başa çatacaq və gənc pilotun Mercedes və ya Ferrari-yə keçəcəyi gündəmdədir.

Hollandiyalı sürücüyə “otağının divarını gümüşü rəngə boyayarsan yoxsa qırmızı rəngə?” sualı verilib: “Ən çox sevdiyim rəng olan mavini seçərəm. Mavi olmasa, gümüşü rəngə boyayaram. Lakin bunin Mercedes və ya Ferrari ilə əlaqəsi yoxdur. Çünki gümüşü rəng divarda qırmızıdan daha yaxşı görünür.

Dediqodulardan xəbərdaram və bu, məni heç narahat etmir. Nə etdiyimi bilirəm. Əsas vəzifəm mümkün qədər sürətli sürməkdir və bundan həzz alıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 70
Teqlər
Paylaş

logo