M.Ferstappen: “Günahkar axtarmaq yersizdir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bakıdakı insidentdə günahkar tərəfi axtarmaq yersizdir.

F-1.az xatırladır ki, Azərbaycan Qran Prisində Red Bull komandalarının sürücüləri Ferstappen və Rikkardo 39 dövrə təkər-təkərə mübarizə apraıb və sonda avstraliyalı sürücü 20 yaşlı komanda yoldaşına arxadan çırpılıb.

Maks Ferstappen: “Komanda üçün məyusedici haldır. Lazımsız yerə xallar itirdik. Kimin səhvi olduğunu danışmaq yersizdir. Komanda üçün yarışırıq və çoxlu işçini təmsil edirik. Yarış ərzində tempimiz oxşar idi. Geriyə düşəndə hava kisəsinin effekti yaxşı idi və fərqi tez bağlayırdım. Qəzadan əvvəl sərt və ədalətli mübarizə aparırdıq. Bir-birimizə yer qoyurduq, amma qəza yaxşı olmadı. Əlimizdən heç nə gəlmir. Bunlardan dərs çıxarmalı və təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Komanda ilə danışacağıq. Bundan sonra yarışacağımıza yəqin ki, icazə verməyəcəklər. Görək növbəti yarışda necə olacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*