İtaliya-2022: Üçüncü sərbəst yürüşlər

Williams komandası Aleksander Elbonun appendisitə görə yarışa bilməyəcəyini, onu gənc Nik de Vrizin əvəz edəcəyini açıqlayıb. Bu, gənc niderlandlı üçün debüt yarışı olacaq.

F-1.az bildirir ki, Nik komanda ilə gələn il üçün adı yanaşı hallanan sürücülərdən biridir. Onun üçün oturacaq və pedalların sazlanması 25 dəqiqə vaxt alıb və yalnız bundan sonra trasa çıxa bilib.

Mik sessiyanın yaınız son 10 dəqiqəsində işləyə bilib – əvvəlcə güc qurğusunda, daha sonra isə muftada problemlər aşkarlanıb. Sessiya demək olar ki, sakit keçib. Bottas ilk döngədə qəfil yavaşlayan Saynsla toqquşmamaq üçün təkərlərini bloklayaraq yandırmalı olub. Nik də ilk Lesmoda çınqıllığa çıxsa da, yoluna davam edib.

Maks Ferstappen 1:21.252 ilə lider olub. Bizi Bakı saatı ilə 18:00-dan etibarən poul mübarizəsi gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:21.252 19
2 16 Şarl Lekler Ferrari 1:21.599 + 0:00.347 14
3 11 Serxio Peres Red Bull 1:21.848 + 0:00.596 25
4 55 Karlos Sayns Ferrari 1:21.897 + 0:00.645 16
5 14 Fernando Alonso Alpine 1:22.306 + 0:01.054 17
6 4 Lando Norris McLaren 1:22.319 + 0:01.067 18
7 63 Corc Rassell Mercedes 1:22.357 + 0:01.105 24
8 22 Yuki Tsunoda AlphaTauri 1:22.430 + 0:01.178 27
9 31 Esteban Okon Alpine 1:22.506 + 0:01.254 17
10 44 Lyuis Həmilton Mercedes 1:22.567 + 0:01.315 21
11 24 Quanyu Çjou Alfa Romeo 1:22.657 + 0:01.405 14
12 10 Pyer Qasli AlphaTauri 1:22.755 + 0:01.503 21
13 6 Nikolas Latifi Williams 1:22.776 + 0:01.524 18
14 34 Nik de Vriz Williams 1:22.869 + 0:01.617 21
15 3 Daniel Rikkardo McLaren 1:22.871 + 0:01.619 19
16 77 Valtteri Bottas Alfa Romeo 1:22.950 + 0:01.698 26
17 5 Sebastyan Fettel Aston Martin 1:23.104 + 0:01.852 20
18 20 Kevin Maqnussen Haas 1:23.203 + 0:01.951 17
19 20 Mik Şumaxer Haas 1:23.392 + 0:02.140 8
20 18 Ləns Stroll Aston Martin 1:23.739 + 0:02.487 16
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*