S.Domenikali: Ferstappen ayrı liqada idi

Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, Maks Ferstappen bu il fərqli səviyyədə olub.

F-1.az xatırladır ki, Maks Ferstappen bazar günü Yaponiyada qalib gələrək, sona 4 yarış qalmış karyerasının ikinci titulunu bayram edib.

Stefano Domenikali: “Maks Ferstappeni titul münasibəti ilə təbrik edirəm. O, bütün mövsüm ərzində çox yaxşı və səhvsiz sürdü. İstedadını bütün dünyaya göstərdi. İndi isə Şarl, Serxio, Karlos, Lyuis və Corc üçlük uğrunda mübarizə aparacaqlar. Hamımız növbəti yarışları həyəcanla gözləyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*