Lekler Ferstappendən güclüdür, çünki…

Sabiq Formula1 sürücüsü Jan Alezi gənc Şarl Leklerin özünü tənqid etdiyini və buna görə Ferstappendən daha yaxşı olduğunu deyib.

F-1.az bildirir ki, İtaliyanın La Gazzetta dello Sport qəzeti Alezidən iki gənc sürücünü müqayisə etməsini istəyib: “Şarl həmişə özü ilə mübarizədədir. Bakı və Almaniya yarışlarındakı səhvlərini düşünün. O, bu səhvlərə baxır, təhlil edir və sonra özünü düzəldir. Ferstappen isə günahı başqalarında axtarır. Belə davam edəcəyi halda, böyük sürücü ola bilməz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*