H.Marko: Həmilton gülməlidir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Lyuis Həmilton özünü gülməli aparır.

F-1.az xatırladır ki, britaniyalı sürücü Macarıstan yarışında Fernando Alonso ilə mübarizə apararkən ispaniyalı sürücünün müdafiəsindən şikayət etmişdi və bunun təhlükəli olduğunu demişdi.

Helmut Marko: “Həmilton barədə hər şey deyildi. Britaniyada qəzayya səbəb olsa da, qalib gəldi. Biz də stüardların qərarını qəbul etdik. Həmiltonun Macarıstanda Alonso ilə mübarizəsində dediyi sözlərə sadəcə başımızı sallaya bilərik. Alonsonun ilk döngələrdəki hərəkətləri çox riskli idi və Həmilton da bundan şikayət edirdi. Bəs Formula1-in ən sürətli döngələrindən biri olan Kopsda Həmiltonun etdiyi düzgün idi? Doğrudan da gülməlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*