Rəsmən: Peres 2024-cü ilə qədər Red bull-da yarışacaq

Red Bull komandası pilotu Serxio Peres müqaviləni 2024-cü ilə qədər uzadıb.

F-1.az xatırladır ki, meksikalı sürücü keçən il red Bull-a transfer olunub. ilk mövsümündə bir az çətinlik çəksə də, bu mövsümə yaxşı başlayıb. O hazırda komanda yoldaşı Ferstappenə 15 xal uduzur.

Peresin bu performansınə görən Red Bull komandası pilotu ilə müqaviləni daha iki il uzadıb.

Serxio Peres: “Mənim üçün inanılmaz həftə idi. Monako yarışını qazanmaq hər sürücünün xəyalıdır. Komanda ilə müqavilə uzatmaq da məni xoşbəxt elədi. Bu komandanın bir parçası olduğum üçün qürurluyam və özümü evimdəki kimi hiss edirəm. Bir yerdə yaxşı işləyirik. Maksla da münasibətim yaxşıdır və bu bizə uğurlar qazandırır.

Komanda olaraq əla temp tutmuşuq. Bu, statistikalarda görünürGörək gələcəkdə nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*