M.Ferstappen: Gözlədiyimdən yaxşı idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Montsadakı sprint yarışı gözlədiyindən yaxşı keçib.

F-1.az xatırladır ki, sıralanma turunda üçüncü olan Ferstappen sprint yarışında yaxşı start alaraq ikinci yerə yüksəlib. Yakun ikinci olan niderlandlı sürücü, sabahkı yarışa Bottasın da cəza alması ilə pouldan başlayacaq. Bundan başqa 23 yaşlı pilot yarışdan iki xalla qayıdaraq, həmiltonla fərqi bir az da artırıb.

Maks Ferstappen: “Burada italyan azarkeşləri görmək gözəl oldu. Avtoidmanı çox sevirlər və bunu görmək gözəldir. Əlbəttə, yarış gözlədiyimdən yaxşı keçdi. Yaxşı start aldıq və az da olsa xallar qazandıq. Yarışa da pouldan başlayacağıq. Yenə də Mercedes çox sürətli görünür. Onları yaxından izləmək üçün əlimdən g\ləni etdim. Buna görə də sabah bizi maraqlı yarış gözləyir.

Yarış tempimizi artırmaq üçün boliddə kiçik dəyişikliklər etdim. Buna görə də yarış tempimdən narahat deyiləm. Sabah əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*