M.Ferstappen məktəbə getməyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen məktəbi sevmədiyi üçün uşaqlıqdan yarışlara fokuslanıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Formula1-də 2015-ci ildə 17 yaşındaykən debüt etmiş və yarışdığı beş mövsümdə 8 yarış qazanıb.

Yos Ferstappen: “Maksın yarış istedadı olmasaydı, onu məktəbə qaytarardım. Ancaq bilirdim ki, avtoidmanda uğur qazanacaq. Buna görə də nəinki dərsə getməyinə göz yummadım, getməməsi üçün ona kömək etdim. Ona xüsusi müəllim tutdum. Beləliklə, Maks yarışlara qatıla bildi. Maksla hədəfimiz eyni idi”.

Maks Ferstappen: “Məktəbi heç sevmirdim. Bir partada oturub qara lövhəyə baxmaq istəmirdim. Təbii ki, bu lazımdır, ancaq əsas hədədim Formula1 oldu. Buna görə də kartinqdə uğurlu oldum. Həmişə yarışlara getdim və rəqiblərimin nələr etdiyini izlədim. Bu, mənə çox kömək elədi. Amma mühərrik sazlanması və texniki detallar üzərində işləmədim. Həmin dövrlər atam mənə ən yaxın adam idi. Bir-birimizi yaxşı başa düşürdük. İndi də yarışları müzakirə edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*