21 Avqust 2019, Çərşənbə - 02:42

M.Ferstappen: “Kart sürəndə yoruluram, amma…”

M.Ferstappen: “Kart sürəndə yoruluram, amma…”

Müəllif: Rauf Hacıyev, redaktor

12:46 - 22 İyun, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, müasir F1 bolidlərini sürmək asan deyil.

F-1.az xatırladır ki, son dövrlər Həmilton və Qrojan hazırkı bolidləri sürməyin asan olmasından şikayət edirlər.

Maks Ferstappen: “Əgər hazırda kartinqlə məşğul olsam, yorularam. Amma 15 yaşımda daha asan idi. Lakin bu, o demək deyil ki, fiziki cəhətdən zəifəm. Kartinqlə məşğul olan bir adam F1 bolidi sürsə, sabahsı gün boynu ağrıyar. Bunu müqayisə etmək yersizdir. Fərqli əzələ qruplarını fərqli şeylər üçün istifadə edirsiniz və fərqli formada hazırlaşırsınız. Bu, hər idmanda belədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər ,
Paylaş

logo