Peres cərimələnsə də, qələbəni qoruyub

Red Bull komandasının sürücüsü Serxio Peres təhlükəsizlik maşını arxasında 10 maşınlıq intervalı pozduğu üçün 5 saniyə cərimə alıb.

F-1.az bildirir ki, meksikalı sürücü bununla da qələbəsini qoruyub. O, yarışda rəqibi Leklerlə fərqi 7.5 saniyəyə çıxarmışdı.

Stüardlar hadisəni araşdırandan sonra Peresin nəticəsinə həm 5 saniyə əlavə ediblər, həm də xəbərdarlıq ediblər.

Xəbərdarlıq cəzası 10-cu dövrədəki nsidentə görə olub. Stüardlar düşünüb ki, meksikalı pilot yaş trasa görə problem yaşayıb və buna görə yumşaq cəza verilib. İkinci hadisə isə 36-cı dövrədə baş verib. Burada həm nəticəsinə 5 saniyə əlavə olunub, həm də lisenziyasına iki cəza xalı yazılıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*