S.Peresin Ferrari-yə keçməsinə Slimdən dəstək

Serxio Peresin sponsorlarından biri olan Karlos Slim sürücünün Ferrari-yə keçdiyi halda on milyonlarla ifadə olunan məbləğdə sponsorluq edəcəyini açıqlayıb.

F-1.az xəbər verir ki, Ferrari-nin Kimi Rəykköneni əvəzləməsi üçün Serxio Pereslə danışıqlar apardığı iddia edilir. Serxio son 3 yarışın ikisində podiuma yüksələrək yenidən bütün diqqətləri özünə cəlb edib.

Auto Bild-in xəbərinə görə, Esteban Qutyerresə görə Ferrari-yə sponsorluq edən məşhur meksikalı milyarder Karlos Slim Serxio Peresin komandaya qatılacağı təqdirdə məbləği artırmağa hazırdır. Bu rəqəmin 8 rəqəmli olacağı bildirilir.

Peresin adı başqa komandalarla, o cümlədən, Mercedes AMG ilə də çəkilirdi. Lakin Toto Volff bu xəbəri təkzib edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*