14 Oktyabr 2019, Bazar ertəsi - 02:44

M.Ferstappenin şou-yürüşünə qar mane olub

M.Ferstappenin şou-yürüşünə qar mane olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:04 - 13 Yanvar, 2016

Bu gün Toro Rosso komandasının sürücüsü Maks Ferstappen Avstriyanın dağ-xizək kurortu Kitsbyueldə başalayacaq xizək idmanı üzrə Dünya Kubokunun açılışında 2011-ci ilin Red Bull RB7 bolidinin sükanı arxasında nümayiş yürüşlərinə çıxmalı idi.

F-1.az xəbər verir ki, Avstriyanı təmsil edən komandanın planlarını hava şəraiti dəyişib.

Güclü qarın yağması üzündən təşkilatçılar yürüşləri sabaha keçirməyi qərara alıblar. Düzdür, sabah da planlar dəyişə bilər. Əgər hava normal olarsa, onda Maks improvizə olunmuş trasa xüsusi qış təkərləri ilə çıxacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 404
Teqlər , , ,
Paylaş

logo