M.Ferstappen: “Yarış əsl müəmmadır”

Yaponiya Qran Prisinin sıralanma turunda 4-cü yeri tutan Maks Ferstappen bildirib ki, sabahkı yarış əsl müəmmadır.

F-1.az xəbər verir ki, hollandiyalı sürücü sabah yüksək asfaltayatma qüvvəsi ilə yarışacağı halda, Rikkardo daha aşağı asfaltayatma qüvvəsi ilə yarışacaq.

Maks Ferstappen: “Üçüncü hissədəki ilk cəhdimdən narazı idim və boksda bir neçə kiçik sazlanma dəyişikliyi etdikdən sonda bolid daha yaxşı idi. Yarış üçün iki bolidə də fərqli strategiyalar seçdik. Daniel aşağı asfaltayatma qüvvəsi ilə, mən isə yüksək asfaltayatma qüvvəsi ilə yarışacam. Sözün düzü, bu sazlanmaların yarışda kömək edib-etməyəcəyinə əmin deyiləm. Bunu indidən proqnozlaşdıra bilmərik. Təkərləri daha yaxşı qorumalıyıq. Yeyilmə başlayanda ilk sektorlarda problemlər çıxa bilər. Havanın Malayziyadakı kimi isti olmaması bizim xeyrimizə olmadı, amma gözəl strategiya ilə yaxşı nəticə ala bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*