Ferstappen də öz muzeyini qurmaq barədə düşünməyə başlayıb

Maks Ferstappen öz idman şöhrətinə həsr olunmuş muzeyin yaradılması ideyasını bölüşüb - dördqat dünya çempionu kimi, əlbəttə, buna haqqı var.

Bu barədə o, Niderland jurnalı Formule1-ə verdiyi müsahibədə danışıb və qeyd edib ki, bu layihəyə onu Fernando Alonsonun nümunəsi ruhlandırıb – ispaniyalı avtoidman veteranının vətənində 2015-ci ildən bəri muzey və əla kartinq trası daxil olan bütün bir idman kompleksi mövcuddur.

Maksın hesabında isə iki dəfədən artıq qalibiyyət var, deməli saxlanmalı çox sayda trofey də var. Amma ən önəmlisi odur ki, bütün bunlar və müxtəlif növ avadanlıqlar – dəbilqələr, kombinezonlar və s. və, əlbəttə, yarış maşınları həmişə azarkeşlərin diqqətini cəlb edir və yeni nəsil avtoidmansevərlər üçün ilham mənbəyi ola bilər.

“Mən artıq belə bir muzeyin harada olacağı barədə düşünürəm, – deyə Maks bildirib. – Mən istəyərdim ki, bu İspaniyada Fernando Alonsonun yaratdığına bənzəsin. Məncə, çox yaxşı ideyadır, çünki orada mənim bütün Formula1 maşınlarımı toplaya bilərik. Yəqin bu, gənc sürücülər üçün ilham və motivasiya mənbəyi ola bilər”.

Hazırda Red Bull sürücüsünün yalnız bir suvenir mağazası var – o, Niderlandın kiçik şəhəri Svelmendə yerləşir və bu dükan onun çox sayda azarkeşi arasında böyük populyarlıq qazanıb.

,