E.Cordan: Ferstappendən bezmişəm

Formula1 şərhçisi Eddi Cordan gənc Maks Ferstappeni Ronaldo və ya Maradonaya yox, meydandan kənar fəaliyyətləri olmayan Lionel Messi və ya Corc Bestə bənzədib.

F-1.az xatırladır ki, niderlandlı sürücü Qətərdə üçüncü titulunu rəsmiləşdirib. Mövsümün sonuna 5 yarış qalıb və bu yarışlarda 125-dən çox xal qazanıla bilər.

Maks Ferstappen bu mövsüm ardıcıl 10 qələbə qazanaraq, bu sahədə rekord qırıb. 17 yarışda 14 qələbə qazanan Ferstappenin bir mövsümdə ən çox qələbə rekordunu qıracağı da gözlənilir.

Eddi Cordan: “Hər şeyi düşünəndə içkisiz və qadınsız… Bu adam fərqli liqadadır. Bəzən Messiyə baxıb, bu necə qol idi deyərsiniz. Ronaldo və Maradonanı bir anlıq unudarsınız.

Bu adam xüsusidir və özünü idmana həsr edib. Eyni zamanda darıxdırıcı adamdır, çünki hazırda simulyatorda oturub Ostində daha sürətli olmaq üçün işləyir. Gördüyü işdə hegemon olmaq üçün çox işləyir. Düzünü desəm artıq bezmişəm. Amma mən yaşlı və deyingən adamam.

Məsələn, Ayrton Sennadan heç bezmədim, çünki ona qarşı yarışa bilən komanda yoldaşı var idi. Prost və ya Berger kimi. Sennanın bir cəhətini sevirdim: Komanda yoldaşının kim olduğunu düşünməzdi. Yəni ki, daha yaxşı performans göstərmək üçün yaxşı komanda yoldaşı istəyirdi.

Mixael Şumaxer isə bunu etmədi. Həmişə komanda yoldaşlarının müqavilələrinə əl gəzdirirdi.

İndi Maksda bu hal yoxdur, çünki onunla mübarizə aparacaq sürücü də yoxdur. Yanında Çeko var. Pis sürücü olmasa da, o səviyyədə deyil. O, bir pillə aşağıdadır. Problem də budur. Maks o qədər güclüdür ki…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*