11 Dekabr 2018, Çərşənbə axşamı - 04:58

M.Brandl: “Mercedes Rikkardonu almalıdır”

M.Brandl: “Mercedes Rikkardonu almalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 19 Aprel, 2018

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Mercedes ilin sonunda Lyuis Həmiltonu göndərməli, əvəzinə Daniel Rikkardonu gətirməlidir.

F-1.az xatırladır ki, Həmiltonun Mercedes-lə, Rikkardonun isə Red Bull-la müqavilələri ilin sonunda bitir. Lakin hər iki sürücü də komandaları ilə müqavilə bağlamağa tələsmirlər.

Martin Brandl: “Rikkardo üçün çətin qərardır. Bir neçə komanda onun üçün qapılarını açıq tutub. Əgər Mercedes-ə keçmək fürsəti varsa, Həmilton orada ola-ola nə edəcək? Onda icazə verin fikrimi deyim – Həmilton hazırda xoşbəxt görünmür. Böyük ehtimalla növbəti müqaviləsi də çox bahalı olacaq. Müqavilə hələ bağlanmayıbsa, Mercedes 4-5 yaş gənc Rikkardonu transfer edə bilməz? Sponsorlar buna mane ola bilər.

Əgər Kimi Ferrari-də sevilmədiyini və bəxti gətirmədiyini görsə, təqaüdə çıxar və buna görə onu günahlandırmaram. Amma Red Bull-da qalmaq Rikkardo üçün daha rahat olmazmı? Red Bull, bəlkə də, gələcəyini Ferstappenin üzərində qurub”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , , ,
Paylaş

logo