N.Rosberq istefa səbəbini açıqlayıb

Niko Rosberq çempion olduqdan sonra karyerasını bitirməsinin səbəbini açıqlayıb və bunun əsas səbəbinin ailəsi olduğunu deyib.

F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra karyerasını bitirmişdi. Almaniyalı sürücü bildirib ki, bunun əsas səbəbi ailəsi olub və o artıq qızına daha çox vaxt ayırmaq istəyir: “Vivyen hər şeyi düz elədi. Əgər qızımızın bir şeyə ehtiyacı var idisə, Vivyen orada olurdu. Qızımla əlaqəli çətin anlarım olmadı. Təyyarə uçuşlarından sonra saat qurşağı problemini həll etməyə çalışırdım. Gündə 1 saat və ya saat yarım təyyarə ilə uçurdum. Bu da o demək idi ki, günorta yuxum gəlirdi və gecələr oyaq olurdum. Qorxunc idi. Qızım Alanya da bilirdi ki, atasını narahat etmək olmaz. Yataq otağına gələndə sakit dururdu.

Yayda bir kilo arıqlamaq üçün velosiped sürmədim. Sonrakı yarış olan Suzukada saniyənin mində biri ilə poul qazandım. Bir kilo dövrə başına 0.03 saniyə demək idi. Ayaq əzələlərimi itirməyimin hesabına poul qazanmışdım. Bu mənə qələbə gətirdi. Bu cür xırdalıqlarla işləyirdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*