M.Brandl: Ferstappen Şumaxer stilində sürür

F-1.az xəbər verir ki, Sky Sports-un şərhçisi, keçmiş sürücü Martin Brandl geridə qalan Əbu Dabi Qran Prisi barədə danışarkən Maksın çıxışına da toxunub.

Martin Brandl: “Ferstappenin sürüş üslubunu Mixael Şumaxerinkinə bənzətdim. Hər nə qədər təkərləri qorumaq üçün maşını yavaş sürsə də, vəziyyətə nəzarət edirdi. Ferstappen və Red Bull bu il müvafiq olaraq, Şarl Lekler və Ferrari-ni çox qabaqladılar”.

Qeyd edək ki, Maks son yarışında da qalib gələrək mövsümdəki qələbə sayını 15-ə çatdırıb. O, geridə qalan mövsümdə həm də ardıcıl ikinci titulunu qazanıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*