H.Marko: Mercedes və Ferrari inkişaf etməyiblər

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferrari və Mercedes bu mövsüm inkişaf etməyiblər.

F-1.az xatırladır ki, Red Bull komandası bu il 12 yarışda da qalib gəlib. Lakin bu hal rəqib komandaların heç də xoşuna gəlmir.

Hazırda 4 komanda – Mercedes, Aston Martin, Ferrari və McLaren komandaları ikinci yer uğrunda mübarizə aparırlar. Red Bull-la fərq isə çox böyükdür.

Helmut Marko düşünür ki, hazırkı vəziyyət həm özlərindən, həm də rəqiblərin inkişaf edə bilməməsindən yaranıb: “Ferrari və Mercedes-ə qarşı belə üstün olmağı gözləmirdim.

Sadəcə bolidimizi təkmilləşdirdik. Rəqiblərimizin zəif işləməsi bizi təəccübləndirdi. Həm Mercedes, həm də Ferrari irəliyə doğru addım ata bilmədi.

Buna görə də onlardan çox qabaqdayıq. Arxamızdakı rəqiblərimiz davamlı dəyişir. Bəzən Ferrari, bəzən Aston Marton, bəzən Mercedes, bəzən McLaren olur.

Sözün açığı bu hal bizə növbəti mövsüm üçün üstünlük verir. Bütün resurslarımızı bu ilin maşınına xərcləmək məcburiyyətində deyilik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*