D.Hill: “Rikkardonun vəziyyəti yaxşı deyil”

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, Daniel Rikkardonun vəziyyəti yaxşı deyil.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün Red Bull-la müqaviləsi ilin sonunda bitsə də, 28 yaşlı pilot müqaviləni yeniləməyə tələsmir.

Deymon Hill: “Əgər gələcəkdə nə edəcəyinizi bilmirsinizsə, yarışa diqqətlə yanaşmaq çətinləşir. Daniel bunu tezliklə həll etməlidir. Bu, ideal hal deyil. Fikriniz başqa yerdəykən yarışmaq performansınızı göstərməyə əngəl olur. Rikkardo diqqətli olmalıdır. Çünki birdən təkbaşına qala bilərsiniz və bu hal sizə gələcəkdə zərər verə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*