M.Ferstappenin mühərriyi dəyişiləcək?

Red Bull komandasının rəhbəri Kristian Horner bildiirb ki, Maks Ferstappenin mühərriyi ilə bağlı şənbə günü qərar verəcəklər.

F-1.az xatırladır ki, niderlandlı sürücü Rusiya yarışının startında 3 yer itirəcək. 23 yaşlı pilotun əlində hazırda 1 mühərik var və mövsümü bununla bitirməsi mümkün görünmür. Buna görə də o, ötmələrə imkan verən Rusiyada mühərrik dəyişə bilər.

Kristian Horner: “Onsuz da cəza alacağıq. Bundan qaça bilmərik. Soçidə bunu edə bilərik. Bu, şənbə günü tutacağımız yerdən asılı olacaq. O ərəfədə motorla bağlı qərar verəcəyik.

Silverstounda mühərriyimiz çatladı və təmir etmək çətindir. Bu motor uzun məsafə qət edə bilməz. Buna görə də ondan cümə sərbəst yürüşlərində istifadə edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*