M.Yamamoto: “Ferstappen Sennanı xatırladır”

Honda MotorSport-un başçısı Masaşi Yanamoto bildirib ki, Maks Ferstappenin şirkətlə olan münasibəti Ayrton Sennanı xatırladır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən il 3 qələbə qazanmaqla yaponların 13 illik qalibiyyət həsrətinə son qoymuşdu.

Masaşi Yamamoto: “Honda olaraq Maks Ferstappenin layihəmiz üçün doğru adam olduğunu düşünürük. Gənc olsa da, performansı təsiredicidir. Ferstappen Honda ilə olan münasibətində gənc Sennanı xatırladır. Maks Honda-ya hörmət edir və özünü burada yaxşı hiss edir. Avstriyadakı podiumda Honda loqotipini göstərməsi onun çox xoşbəxt olduğunun sübutudur. Ona yaxşı motor vermək istəyirik, amma dörd sürücü də bizim üçün vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*