Rəsmən: Elbon Red Bull-da qalıb

Red Bull komandası gələn il üçün Aleksander Elbonla müqavilə imzalayıb.

F-1.az xatırladır ki, tailandlı sürücü yay tətilində “qırmızı öküzlər”in heyətinə qatılmışdı. Red Bull-la çixdığı bütün yarışlarda minimum 6-cı yeri tutan Elbon hazırda komanda yoldaşı Ferstappendən 14 xal çox toplayıb.

Aleksander Elbon: “Gələn il Maksla yenə komanda yoldaşı olacağıq və buna görə də xoşbəxtəm. Çox şanslıyam. Mənə güvəndikləri üçün Red Bull-a təşəkkür edirəm. Bu il mənim üçün inanılmaz keçdi və mövsümün ortasında Red Bull-a keçmək böyük addım oldu. Gələn il bu mövsüm qazandığım təcrübədən maksimum istifadə etməliyəm”.

Kristian Horner: “Aleks Red Bull-dakı debüt yarışı olan Belçikadan bəri gözəl performans göstərir. Yeddi yarışın hamısında altılığa girə bildi. Nəticələr hər şeyi göstərir. Bu stabilliyi danmaq olmaz. Red Bull-da yarışmağa layiq olduğunu göstərdi. Onun potensialı daha yaxşı nəticələrə imkan yaradır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*