Üç komanda rəsmən adını dəyişib

FİA 2018-ci ildə Formula1 üzrə dünya çempionatında iştirak etmək üçün müraciət etmiş komandaların siyahısını dərc edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda gözlənilməz dəyişiklik Toro Rosso komandası ilə bağlıdır. Komanda gələn il motor təchizatçısını dəyişdiyi üçün adında Honda şrikətinin yer alması gözlənilən olsa da, italyanlar milli Scuderia terminindən tam imtina ediblər. 2018-ci ildə komandanın çempionata Red Bull Toro Rosso Honda adı ilə qatılması maraqlıdır, çünki Toro Rosso italyanca elə Red Bull deməkdir.

Bir daha xatırladaq ki, gələn il italyanların ana komandası da çempionatda yeni adla – Aston Martin Red Bull Racing adı altında çıxış edəcək. “Öküzlər”dən başqa Sauber komandası da çempionatda yeni adla seçiləcək – Alfa Romeo Sauber F1 Team.

FİA-nın dərc etdiyi siyahıda 3 komanda hələ sürücülərinin adını tam müəyyənləşdirməyib. Düzdür, Sauber və Toro Rosso komandaları tam heyətlərini açıqlayıblar, Williams komandası isə Strolla yoldaşlıq edəcək sürücünün axtarışını davam etdirir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*