S.Peres: Trafikə düşməməliyik

Red Bull komandasının sürücüsü Serxio Peres Ferrari-dən güclü performans gözləyir.

F-1.az xatırladır ki, “qırmızılar” cümə sərbəst yürüşlərində hamıdan üstün olublar.

Serxio Peres: “İki maşınla fərqli proqramlar üzərində işlədik və lazımi məlumatları topladıq.

Şənbə günü Ferrari ilə mübarizəmiz olacaq. Ancaq hazırda özümüzə fokuslanmışıq. Ümid edirəm ki. Şənbə günü istədiyimiz nəticəni əldə edərik. Sıralanma turunda yaxşı nəticə qazanmaq üçün önümüz açıq olmalıdır, çünki trafikə düşsək, işimiz çətinləşə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*