L.Stroll: Fürsətlərdən yararlanmalıyıq

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, Ciddədə fürsətlərdən yararlanmaq istəyir.

F-1.az xatırladır ki, kanadalı sürücü mövsümün ilk yarışı Bəhreyndən xalsız ayrılıb.

Ləns Stroll: “Keçən il Səudiyyə Ərəbistanında yarışmaq müəmmalı idi. Keçənilki yarışdan öyrəndiklərimizi bu il istifadə edə bilərik. Ciddə təqvimdəki ən uzun və ən sürətli şəhər tipli trasdır. Bu da işləri çətinləşdirir. Keçənilki yarış xaotik və qırmızı bayraqla keçmişdi. Buna görə də fürsətlərdən yararlanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*